Bakı. Trend:
Suriyanın Deyr əz-Zor vilayətinin şimalında yerləşən ABŞ hərbi bazasına bir neçə reaktiv raket düşüb. Atəşə tutulan baza Əl-Ömər neft yatağının yaxınlığında yerləşir.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Əl-Həddat" telekanalı məlumat yayıb.
Xatırladaq ki, 19 avqustda Deyr əz-Zordakı Konoko yatağı ərazisindəki ABŞ bazası da minaatan atəşinə tutulub. ABŞ hərbçiləri sıralarındakı itkilər barədə məlumat verilməyib.
2015-ci ildən indiyədək ABŞ Suriyanın şimal-şərqində doqquz hərbi baza qurub. Bunlardan dördü Deyr əz-Zordakı neft yataqlarının yaxınlığında, beşi isə qonşu Hasek vilayətindədir. Oktyabr ayında ölkədə "İslam Dövləti" qruplaşmasının güclənən terrorçu dəstələrinə qarşı mübarizə üçün əlavə 500 Amerika əsgəri yerləşdirilib.