...

Hindistanda xəstəxana yanıb - 10 körpə həlak olub

Dünya xəbərləri Materials 9 Yanvar 2021 10:47 (UTC +04:00)
Hindistanda xəstəxana yanıb - 10 körpə həlak olub

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanın qərbindəki Maharaştra ştatında xəstəxanaların birində baş vermiş yanğın nəticəsində azı 10 körpə həlak olub.

Trend-in məlumatına görə, yanğın xəstəxananın yeni doğulan körpələrə qulluq şöbəsində baş verib.

Hadisə zamanı içəridə 17 körpə olub. 7 körpəni xilas etmək mümkün olub. Ölənlərdən ən kiçiyi bir neçə günlük, ən böyüyü isə 3 aylıq olub.

İlkin ehtimallara görə, yanğına elektrik şəbəkəsində qısaqapanma səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti