...

"Microsoft"un tarixində ən iri satınalma əməliyyatı baş tutmayıb

Dünya xəbərləri Materials 11 Fevral 2021 20:48 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend

ABŞ-ın "Microsoft" şirkəti "Pinterest" fotohostinqini 51 milyard dollara satın almaq istəyib.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti xəbər verib.

Qeyd olunur ki, saziş baş tutsaydı, bu, "Microsoft"un tarixində ən iri satınalma əməliyyatı olacaqdı. Hazırda tərəflər arasında danışıqların davam etmədiyi deyilir.

Koronavirus pandemiyası dövründə "Pinterest"in bazar dəyəri 600 faiz yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti