...

Şimali Koreya yeni modifikasiyalı ballistik raketin sınaqlarını keçirib

Dünya xəbərləri Materials 26 Mart 2021 10:34 (UTC +04:00)
Şimali Koreya yeni modifikasiyalı ballistik raketin sınaqlarını keçirib

Bakı. Orxan Nəbiyev - Trend:

Şimali Koreya ötən gün yeni modifikasiyalı ballistik raketin sınaqlarını keçirib.

Trend-in məlumatına görə, bunu Yaponiyanın müdadfiə naziri Nobuo Kisi deyib.

O bildirib ki, bu cür raketlər bu günədək buraxılmayıb. Nazir əlavə edib ki, raketlər bu ilin yanvar ayında hərbi parad zamanı nümayiş etdirilmiş hərəkət edən raket kompleksindən buraxılıb.

Qeyd edək ki, ötən gün Şimali Koreya iki yeni ballistik raketin sınağını keçirib. Uçuş məsafəsi təxminən 450 kilometr təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti