...

Misirdə yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 25-ə yüksəlib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 28 Mart 2021 18:49 (UTC +04:00)
Misirdə yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 25-ə yüksəlib (YENİLƏNİB)

Bakı. Trend:

Qahirədə martın 26-da çoxmərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.

Trend TASS-a istinadən xəbər verir ki, bu son məlumatlar bazar günü Misirin Mülki Müdafiə və Fövqəladə Hallar Qüvvələri tərəfindən dağıntılar altında itkin düşən üç sakinin cəsədinin tapılmasından sonra yayımlanıb.

Daha əvvəl 22 qurban və üç nəfərin itkin düşdüyü barədə bildirilib. Hadisə zamanı 25 nəfər yaralanıb.

ХХХ

03:51

Qahirədə çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində 22 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Extra News" televiziya kanalı xəbər verib.

Üç nəfər itkin düşmüş sayılır, axtarışları davam edir. 25 nəfər xilas edilib.

Faciə gecə saatlarında Misir paytaxtının şərqindəki Qisr-əs-Sueys ərazisində baş verdi.

İlkin məlumata görə, ev sahibi qanunsuz olaraq altı mərtəbə artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti