Bakı. Orxan Nəbiyev - Trend:
"Reuters" agentliyi ilə əməkdaşlıq edən hindistanlı fotomüxbir Daniş Siddiki Əfqanıstanın Qəndəhar əyalətində davam edən döyüşlər zamanı həlak olub.
Trend-in məlumatına görə, müxbir son bir neçə gün ərzində bölgədə baş verən toqquşmaları işıqlandırıb.
D.Siddiki 2018-ci ildə Myanmadan qaçqın düşmüş Rohinca müsəlmanlarının həyatı ilə bağlı reportaja görə Pulitser mükafatına layiq görülmüşdü.