...

Suriyada gəmi partlayıb - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 10 Avqust 2021 16:59 (UTC +04:00)
Suriyada gəmi partlayıb - Xəsarət alanlar var

Bakı. Orxan Nəbiyev - Trend:

Suriyanın Latakiya limanında dayanan gəmilərin birində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışdan sonra gəmidə yanğın başlayıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qeyd olunur ki, insident gəmidə texniki baxış üzrə işlər aparılarkən qeydə alınıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Gəminin hansı ölkəyə məxsus olması barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti