...

Vaşinqtonda qapalı yerlərdə tibbi maska taxmaqla bağlı tələb ləğv edilir

Dünya xəbərləri Materials 16 Noyabr 2021 00:56 (UTC +04:00)
Vaşinqtonda qapalı yerlərdə tibbi maska taxmaqla bağlı tələb ləğv edilir

Bakı. Trend:

Noyabrın 22-dən ABŞ-ın paytaxtı Vaşinqtonda qapalı yerlərdə tibbi maskaların məcburi taxılması qaydası ləğv edilir.

Trend xəbər verir ki, bunu şəhərin meri Müriel Bouzer bildirib.

"Noyabrın 22-dən başlayaraq, paytaxt Kolumbiya əyaləti qüvvədə olan qapalı məkanlarda tibbi maska taxmaqla qərarı ləğv edəcək. Gələcəkdə əyalətin Səhiyyə Departamenti risk səviyyələrinə və çoxsəviyyəli təsir azaltma strategiyalarından istifadəyə əsaslanan təlimat hazırlayacaq. Risk səviyyələri ilk növbədə insanın peyvənd statusu ilə bağlı olacaq", - deyə Bouzer Twitter səhifəsində bildirib.

Yumşalmalara baxmayaraq, məktəblərdə, kitabxanalarda, yaşayış yerlərində (sığınacaqlar, yataqxanalar, qocalar evləri), eləcə də ziyarətçiləri əyani şəkildə qəbul edən dövlət qurumlarında maska tələbi qüvvədə qalacaq. Bundan əlavə vətəndaşlar ictimai nəqliyyatda, o cümlədən taksilərdə və hava limanlarında maskalardan istifadə etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti