Bakı. Trend:
İtalyan avtomobil istehsalçıları Ferrari və Lamborghini Rusiya bazarında fəaliyyətlərini dayandıracaqlar.
Trend-in məlumatına görə, bu barədə şirkətlərin saytlarında yerləşdirilən açıqlamalarda deyilir.
"Mövcud vəziyyəti nəzərə alaraq, Ferrari növbəti xəbərdarlığa qədər Rusiya bazarı üçün avtomobil istehsalını dayandırmaq qərarına gəlib. Biz vəziyyəti yaxından izləməyə davam edirik və hər zaman bütün qaydalara və sanksiyalara əməl edəcəyik", - deyə Ferrari-nin saytında deyilir.
Öz növbəsində, Lamborghini "Rusiya ilə işgüzar münasibətləri" dayandırdığını elan edib.