...

“Air Astana” Rusiyaya uçuşları dayandırıb

Dünya xəbərləri Materials 11 Mart 2022 08:59 (UTC +04:00)
“Air Astana” Rusiyaya uçuşları dayandırıb

Bakı. Trend:

Qazaxıstanın "Air Astana" aviaşirkəti Rusiyaya və Rusiyadan kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar Qazaxıstan ərazisi üzərindən bu istiqamətdə bütün uçuşlar dayandırılacaq.

Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.

"Aviaşirkət uçuşların tez bir zamanda bərpası üçün Qazaxıstan hökuməti ilə bu məsələləri təcili həll edir. Ləğv edilən reyslərin sərnişinlərindən bilet aldıqları yerlə əlaqə saxlamaları xahiş olunub. Vəsaitlərin tam şəkildə qaytarılacağı söz verilib", - deyə şirkət qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti