...

Akar Reznikovla dinc sakinlərin təxliyəsi məsələlərini müzakirə ediblər

Dünya xəbərləri Materials 4 Aprel 2022 01:09 (UTC +04:00)
Akar Reznikovla dinc sakinlərin təxliyəsi məsələlərini müzakirə ediblər

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zamanı Mariupoldan dinc sakinlərin təxliyəsi və humanitar yardımın çatdırılması məsələləri ətrafında fikir mübadiləsinin aparılıb.

İnsan tələfatının qarşısını almaq və mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açıq saxlanması üçün tezliklə atəşkəs elan edilməsinin vacibliyi vurğulanıb.

Bir daha bildirilib ki, Türkiyə Ukraynaya humanitar yardım üçün töhfələrini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti