...

İsveç NATO-ya üzvlüklə bağlı qərar qəbul verib

Dünya xəbərləri Materials 16 May 2022 17:44 (UTC +04:00)
İsveç NATO-ya üzvlüklə bağlı qərar qəbul verib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin NATO-ya üzvlük üçün müraciət etməsi ilə bağlı qərar hökumət tərəfindən qəbul olunub.

Trend-in məlumatına görə, bu barədə İsveçin baş naziri Maqdalena Andersson deyib.

Onun sözlərinə görə, müvafiq qərar parlamentdə səs çoxluğu ilə qəbul edilib.

"Bu gün keçirilən iclasda hökumət NATO-ya müraciətlə bağlı qərar qəbul edib. İsveç səfiri tezliklə bu müraciəti NATO-ya təqdim edəcək. Daha sonra İsveç alyansın üzvü olmaq niyyətini və buna hazır olduğunu təsdiq edəcək", - deyə baş nazir bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Finlandiya hökuməti də analoji qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti