...

ABŞ Dövlət Departametinin mətbuat katibinin müavini dəyişəcək

Dünya xəbərləri Materials 1 İyun 2022 05:37 (UTC +04:00)
ABŞ Dövlət Departametinin mətbuat katibinin müavini dəyişəcək

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini gələn ay istefaya gedəcək.

Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Praysın yazılı açıqlamasında deyilir.

Məlumata əsasən, bu vəzifəyə Ağ Evin mətbuat katibinin köməkçisi Vedant Patel təyin ediləcək.

"Mətbuat katibinin birinci müavini Calina Porter və mətbuat katibinin müavini Con Ays gələn ay öz vəzifələrini tərk edəcəklər. Mən Calina və Con ilə vidalaşarkən Vedanta Pateli Dövlət Deprtamentinin mətbuat xidmətinin yeni birinci müavini kimi qarşılamağı səbirsizliklə gözləyirəm", - deyə N.Prays bildirib.

O qeyd edib ki, Patel ABŞ prezidenti Co Baydenin “administrasiyasının ilk günündən” özünü Ağ Evin mətbuat katibinin köməkçisi kimi göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti