...

İranda yenə bina çökdü, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 9 İyun 2022 10:57 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında İranın qərbində yerləşən Kirmanşah vilayətində Nosud şəhərində 4 mərtəbəli bina çöküb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə nəticəsində indiyədək 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

O əlavə edib ki, hadisə yerinə 4 ədəd təcili yardım maşını və bir ədəd vertolyot ezam olunub.

Hadisənin səbəbləri araşdırılır.

Xatırladaq ki, 23 mayda İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində 41 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti