Bakı. Trend:
Pekinin 3,5 milyon əhalisi olan ən böyük rayonunun (Çaoyan) sakinləri koronavirusun lokal yayılması fonunda iyunun 13-dən 15-dək virusa yoluxmaları ilə bağlı test verəcəklər.
Trend-in məlumatına görə, bu barədə yerli hakimiyyət xəbər verib.
Bu həftə Çin paytaxtının hakimiyyəti koronavirusun lokal yayılmasını qeydə alıb. Yoluxmaların əksəriyyəti Çaoyan bölgəsində yerləşən "Heaven" barı ilə əlaqəlidir.
Bu günə olan məlumata görə, bu müəssisə ilə əlaqəli olan 166 yoluxma faktı müəyyən edildi. Onlardan 145-i bara gələnlər, ikisi işçilər, daha 19-u isə ziyarətçilərlə təmasda olan şəxslərdir.