...

Dünyada yeganə ağ "Ferrari Enzo" superkarı satışa çıxarılıb

Dünya xəbərləri Materials 20 İyun 2022 06:51 (UTC +04:00)
Dünyada yeganə ağ "Ferrari Enzo" superkarı satışa çıxarılıb

Bakı. Trend:

Dünyada yeganə ağ "Ferrari Enzo" superkarı satışa çıxarılıb.

Trend xarici mediaya istinadla xəbər verir ki, avtomobil RM Sotheby's auksionunda satışa çıxarılıb.

Məlumata görə, 2002-2004-cü illərdə "Ferrari" şirkəti 400 ədəd "Enzo" markalı superkar istehsal edib. Onların əksəriyyəti brendin ənənəvi qırmızı rəngində istehsal edilib. Yalnız "Extracampionario" proqramı çərçivəsində 20 avtomobil xüsusi rəngdə olub.

Bunlarında içində bir avtomobil ağ rəngdə burxılıb və bu xüsusi avtomobil indi satışa çıxarılıb.

2012-ci ilin noyabrında avtomobil superkarın həqiqiliyini təsdiq edən "Ferrari Classicche" sertifikatı alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti