Bakı. Trend:
Avropa Kosmik Agentliyinin (ESA) “Ariane-5” ağır daşıyıcı raketi cümə axşamı Malayziya və Hindistan rabitə peyklərini uğurla orbitə çıxarıb.
Trend xəbər verir ki, bu barədə "Arianespace" operator şirkəti məlumat yayıb.
Bildirilir ki, Fransa Qvianasındakı Kuru kosmik mərkəzindən iki peyki olan raketin buraxılışı ötən çərşənbə günü Paris vaxtı ilə saat 23:50-də həyata keçirilib.
Daşıyıcı raket orbitə 5648 kq kütləsi olan Malayziyanın MEASAT-3d peykini, habelə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) tərəfindən hazırlanmış 4181 kq kütləli GSAT-24 kosmik aparatını çıxarıb.