...

ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

Dünya xəbərləri Materials 23 İyun 2022 05:41 (UTC +04:00)
ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Qərbi Virciniya ştatının Loqan dairəsində "Bell UH-1B" tipli helikopter çərşənbə günü qəzaya uğrayıb.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə yerli WBOY telekanalı xəbər verib.

Qeyd olunur ki, göyərtədə olan altı nəfərin hamısı həlak olub.

Məlumata görə, yerli vaxtla saat 17:00 radələrində helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidməti hadisə yerindədir, magistral yol bağlanıb.

Qəzanın səbəbi hələlik məlum deyil. FAA (Federal Aviasiya Administrasiyası) və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisənin baş vermə səbəblərini araşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti