...

Mask Twitter-i botların yoxlanılması mexanizminin açıqlanması şərti ilə alacağını bildirib

Dünya xəbərləri Materials 7 Avqust 2022 07:23 (UTC +04:00)

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask Twitter-dən şirkətin saxta hesabları müəyyən etməsi mexanizmini açıqlamasını tələb edib.

Trend-in məlumatına görə, milyarder bildirib ki, əgər korporasiya 100 hesabın seçilməsi üsulu və onların həqiqiliyinin təsdiq olunduğu meyarlar barədə məlumat verərsə, o zaman Twitter-i ilkin şərtlərlə alacaq.

İ.Mask həmçinin Twitter-in baş direktoru Parag Agrawal-ı Twitter auditoriyasının neçə faizinin saxta hesablardan təşkil etdiyi ilə bağlı ictimai müzakirəyə çağırıb.

Korporasiya Maskın 44 milyard dollarlıq təklifini aprelin 25-də qəbul edib. Bununla belə, mayın ortalarında iş adamı bildirib ki, Twitter sosial şəbəkədə saxta hesabların nisbəti ilə bağlı vəziyyətə aydınlıq gətirməyənə qədər sövdələşmədə İrəliləyiş olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti