...

ABŞ Arktika üzrə səfir postunu təsis edəcək

Dünya xəbərləri Materials 27 Avqust 2022 00:15 (UTC +04:00)
ABŞ Arktika üzrə səfir postunu təsis edəcək

Bakı. Trend:

ABŞ hakimiyyəti Arktika regionunda xüsusi tapşırıqlar üzrə səfir postunu yaratmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

"Prezident Senatın tövsiyələri və razılığı əsasında Arktika regionunda xüsusi tapşırıqlar üzrə səfir təyin etməklə, Arktika məsələləri üzrə koordinator vəzifəsini daha əhəmiyyətli etməyi planlaşdırır", - deyə qeyd olunub.

Qeyd edilib ki, səfirin vəzifələrinə ABŞ-ın regionda siyasətini irəli sürmək, Arktika və qeyri-Arktika ölkələrindən olan həmkarları ilə, eləcə də yerli xalqlarla ünsiyyət qurmaq, ölkə daxilində maraqlı tərəflərlə, o cümlədən əyalət hökumətləri, yerli hakimiyyət orqanları və başqaları ilə işləmək daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti