...

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Dünya xəbərləri Materials 4 Oktyabr 2022 13:55 (UTC +04:00)
Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi çərçivəsində fizika üzrə mükafatın laureatları açıqlanıb.

Trend-in məlumatına görə, bu il bu mükafatı fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer və avstriyalı fizik Anton Tsaylinger əldə edib.

Onlar qarışıq fotonlarla keçirilən eksperimentlər və kvant informatikası sahəsində nailiyyətlərə görə Nobel mükafatına layiq görülüb.

Xatırladaq ki, ötən gün isveçli genetik tibb və fiziologiya üzrə mükafatı qazanmışdı.

Qeyd edək ki, bu həftə ərzində oktyabrın 5-də kimya, 6-da ədəbiyyat, oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti