...

Kimya üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2022 13:57 (UTC +04:00)
Kimya üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi çərçivəsində kimya üzrə mükafatın laureatları açıqlanıb.

Trend-in məlumatına görə, bu il bu mükafatı amerikalı kimyaçılar Karolin Bertotsi və Karl Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldal əldə edib.

Onlar kimyəvi reaksiyalar və biortoqonal reaksiyalar sahəsində nailiyyətlərə görə Nobel mükafatına layiq görülüb.

Xatırladaq ki, bu həftə isveçli genetik Svante Peebo tibb və fiziologiya, fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer və avstriyalı fizik Anton Tsaylinger fizika üzrə mükafatı qazanıblar.

Qeyd edək ki, oktyabrın 6-da ədəbiyyat, oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti