...

Nobel sülh mükafatının laureatları açıqlanıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2022 13:07 (UTC +04:00)
Nobel sülh mükafatının laureatları açıqlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Norveçin paytaxtı Osloda 2022-ci il Nobel həftəsi çərçivəsində sülh üzrə mükafatın laureatları açıqlanıb.

Trend-in məlumatına görə, mükafatı bu il belaruslu hüquq müdafiəçisi Ales Byalyatski, Rusiyanın "Memorial" insan hüquqları təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi əldə edib.

Xatırladaq ki, bu həftə isveçli genetik Svante Peebo tibb və fiziologiya, fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer, avstriyalı fizik Anton Tsaylinger fizika, amerikalı kimyaçılar Karolin Bertotsi və Karl Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldal kimya və fransalı yazıçı Anni Erno ədəbiyyat üzrə mükafatı qazanıblar.

Qeyd edək ki, oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Digər sahələrdən fərqli olaraq Nobel sülh mükafatı Norveç paytaxtında elan olunur.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti