...

ABŞ dövlət katibinin köməkçisi Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 8 Oktyabr 2022 07:25 (UTC +04:00)
ABŞ dövlət katibinin köməkçisi Türkiyəyə səfər edəcək

Bakı. Trend:

ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Rena Bitter oktyabrın 7-dən 19-dək Frankfurt, Varşava, Krakov, İstanbul və Ankaraya səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

"Dövlət katibinin köməkçisi səfər zamanı ABŞ konsulluq əməliyyatlarına nəzar salacaq və xaricdəki ABŞ vətəndaşlarını qorumaq və ABŞ-a qanuni səyahəti asanlaşdırmaq üçün dərin və davamlı öhdəliyimizi vurğulamaq üçün xarici hökumətlərdən olan həmkarları ilə görüşəcək", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti