...

Dövlət Departamenti Finlandiyaya 535 milyon dollarlıq raket satışını təsdiqləyib

Dünya xəbərləri Materials 3 Noyabr 2022 00:56 (UTC +04:00)
Dövlət Departamenti Finlandiyaya 535 milyon dollarlıq raket satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Finlandiyaya 535 milyon dollar dəyərində idarə olunan "GMLRS" raketləri və digər avadanlıqların mümkün satışını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə çəeşənbə günü ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Agentliyindən bildirilib.

"Mümkün satış Avropada siyasi sabitliyin və iqtisadi inkişafın qorunmasında mühüm rol oynayan etibarlı tərəfdaşın müdafiəsini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq. Finlandiyaya güclü özünümüdafiə qabiliyyətini inkişaf etdirməyə və saxlamağa kömək etmək ABŞ-ın maraqları üçün çox vacibdir", - deyə açıqlamada bildirilir.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək üçün 30 günü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti