...

ABŞ Dövlət Departamenti Avstraliyaya 6,35 milyard dollarlıq təyyarə satışını təsdiqləyib

Dünya xəbərləri Materials 3 Noyabr 2022 06:27 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Avstraliyaya 6,35 milyard dollarlıq təyyarə satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Avstraliyaya 6,35 milyard dollarlıq "C-130J-30" hərbi-nəqliyyat təyyarələri və müxtəlif avadanlıqların mümkün satışını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Agentliyindən bildirilib.

"Bu ölkənin hakimiyyət orqanları daha əvvəl ABŞ-dan 24 belə təyyarə, eləcə də ehtiyat hissələri və digər sistemləri satmağı xahiş etmişdi.

Sözügedən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq. Avstraliya Qərbi Sakit Okeandakı ən mühüm müttəfiqlərimizdən biridir", - deyə açıqlamada bildirilir.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək üçün 30 günü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti