...

İstanbulda bu mənfur aktı törədənlər müəyyən ediləcək – Ömər Çelik

Dünya xəbərləri Materials 13 Noyabr 2022 23:54 (UTC +04:00)
İstanbulda bu mənfur aktı törədənlər müəyyən ediləcək – Ömər Çelik

Bakı. Trend:

İstanbulda bu mənfur aktı törədənlər və onlarla əlaqəli olan şəxslər mütləq müəyyən ediləcək.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

"İstiklal küçəsində baş verən partlayışda həyatını itirənlərimizə Allah rəhmət eləsin. Yaralananlarımıza şəfa diləyirik. Bu mənfur aktı törədənlər və onlarla əlaqəli olan şəxslər mütləq müəyyən ediləcək. Hücumlar vasitəsilə Türkiyəni yıxmağa çalışanlar heç vaxt uğur qazana bilməyəcəklər", - deyə Ö.Çelik qeyd edib.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti