Bakı. Trend:
"Amazon.com Inc." şirkətin müxtəlif şöbələrdən 9 min nəfəri işdən azad etməyə planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "MarketWatch" portalı şirkətin rəhbəri Endi Cessiyə istinadən bildirib.
Yaxın həftələrdə ixtisarlar "Amazon Web Services"in bulud bölməsinin əməkdaşlarına, texnologiya tərtibatçılarına və reklam departamentinin əməkdaşlarına, həmçinin "Twitch" axın xidmətinə təsir göstərəcək.
Qeyd edək ki, "Amazon" rəhbərliyi yanvarın əvvəlində 18 000-dən çox iş yerini ixtisar edəcəyini açıqlamışdı.