...

Zelenski G7 sammitində Baydenlə görüşüb

Dünya xəbərləri Materials 21 May 2023 10:42 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Xirosimada keçirilən G7 sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşüb.

Trend xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Daha əvvəl ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlərə iki prezident arasında görüş planları barədə məlumat vermişdi.

"Biz prezident (Co Baydenin - red.) Ukrayna prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcəyini gözləyirik", - deyə nümayəndə bildirib. Onun sözlərinə görə, görüş yerli vaxtla "saat 14:00-dan sonra" (Bakı vaxtı ilə 09:00) başlamalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti