...

Meşədə itkin düşən uşaqlar 40 gün sonra sağ tapıldı

Dünya xəbərləri Materials 10 İyun 2023 10:36 (UTC +04:00)
Meşədə itkin düşən uşaqlar 40 gün sonra sağ tapıldı

Bakı. Trend:

Mayın 1-də Kolumbiyada qəzaya uğramış “Cessna 206” təyyarəsində olan 4 uşaq uzun sürən axtarışlardan sonra sağ tapılıblar.

Trend xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro tviter hesabında yazıb.

Amazon cəngəlliyində itkin düşmüş 4 uşaq helikopterlə hərbi hospitala aparılıb və onlara tibbi yardım göstərilib.

Onların ən böyüyünün 13 yaşı, qalanlarının isə doqquz, dörd və bir yaşı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti