...

"SpaceX" şirkəti 72 mini peyki uğurla orbitə çıxarıb

Dünya xəbərləri Materials 13 İyun 2023 07:23 (UTC +04:00)
"SpaceX" şirkəti 72 mini peyki uğurla orbitə çıxarıb

Bakı. Trend:

"SpaceX" şirkəti "Falcon 9" raketi ilə "Transporter-8" missiyası çərçivəsində 72 mini peykin orbitə uğurla buraxıldığını bildirib.

Trend-in məlumatına görə, şirkət qeyd edib ki, peyklərin orbitə çıxarılması təsdiqlənib.

Buraxılış Kaliforniyadakı Vandenberq Kosmik Bazasından ABŞ Kosmik Qüvvələrinə məxsus "SLC-4E" buraxılış kompleksində ABŞ Sakit okean vaxtı ilə saat 14:35-də baş tutub. Bu missiya dövlət və kommersiya təşkilatlarının tapşırıqlarını yerinə yetirmək üçün 72 mini-peykin orbitə çıxarılması məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti