...

Ermənistanın keçmiş nazirinə HÖKM OXUNDU

Dünya xəbərləri Materials 16 İyun 2023 12:58 (UTC +04:00)
Ermənistanın keçmiş nazirinə HÖKM OXUNDU

Bakı. Trend:

Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs olunaraq İstintaq komitəsinə aparılıb.

Trend “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyan məlumat verib.

Müxalifətçi təhsil naziri olarkən tibb universiteti üçün satınalmalar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur

Respublika Partiyasının sədr müavini Armen Aşotyanın iki ay müddətinə həbs olunduğu bildirilir.

️Bu barədə onun vəkili Tiqran Atanesyan məhkəmə iclasından dərhal sonra məlumat verib. Müdafiə hökmlə razı deyil və Apelyasiya Məhkəməsinə müraciət etmək niyyətindədir.

Vəkil bildirib ki, Aşotyan keçmiş təhsil naziri və tibbi xidmətin polkovnik-leytenantı olmasına baxmayaraq Nubaraşen cəzaçəkmə müəssisəsinə aparılacaq.

"Onu orada cinayətkarlarla birlikdə saxlayacaqlar, bu bir növ qisasdır. Aşotyanın əkeyhinə ifadə yoxdur, qərar əsassızdır və Ali İnstansiya Məhkəməsinə şikayət ediləcək", - Tiqran Atanesyan deyib.

Respublika Partiyasında Aşotyanın siyasi təqibə məruz qaldığı deyilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti