Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın iqtisadi tərəqqisini, "yaşıl" keçidini dəstəkləməyə sadiqdir.
Bu barədə Trend-ə özəl müsahibəsində AYİB-in Azərbaycandakı rəhbəri Natalya Muravidze deyib.
"Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir sıra layihələrin maliyyələşdirilməsi, eləcə də maliyyə institutlarının və yerli biznesin dəstəklənməsi üçün ölkənin dövlət və özəl sektorları ilə əməkdaşlıq perspektivləri bizi sevindirir", - deyə o qeyd edib.
Muravidze ölkənin artım və inkişafına müsbət təsirin təmin olunması məqsədilə hər bir layihənin ayrılıqda qiyimətləndirildiyini vurğulayıb.
O, həmçinin hazırda özəl sektorla bir sıra mühüm layihələr üzrə danışıqlar aparıldığını və hazırlığın hazırkı mərhələsində təfərrüatın açıqlana bilməyəcəyini qeyd edib.
Qeyd edək ki, 29 fevral 2024-cü il tarixinə AYİB-in Azərbaycandakı layihələrinin kredit portfeli 937 milyon avro məbləğində qiymətləndirilib, kredit portfeli 32 layihənin icrasıi üçün nəzərdə tutulub.
Portfelin böyük hissəsi (90 faiz və ya 848 milyon avro) dayanıqlı infrastruktura, 7 faizi (64 milyon avro) sənaye, ticarət və kənd təsərrüfatına, 3 faizi (26 milyon avro) maliyyə institutlarıa investisiyalara yönəlib.
(Tərcümə: Rəna Əbdürəhmanova)