...

Gəncədə oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 20 May 2024 07:34 (UTC +04:00)
Gəncədə oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər sakininə məxsus mənzildən oğruluq edən Sədrəddin Musayev və Eltəkin Hüseynov saxlanılıblar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, onlar evdən ümümilikdə 10800 manatlıq maddi vəsait və qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfəri saxlayıblar. Onlardan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti