...

İran İbrahim Rəisinin həlak olduğunu açıqlayıb

Gündəm Materials 20 May 2024 08:43 (UTC +04:00)
İran İbrahim Rəisinin həlak olduğunu açıqlayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin hamısı həlak olub.

Bu barədə Trend İranın rəsmi dövlət agentliyi İRNA-ya istinadən məlumat verib.

Məlumata görə, İran prezidentini Xudafərindən Təbrizə aparan helikpterin qəzaya uğradığı məkanda rəsmi şəxslər İran prezidenti və helikopterdə olan şəxslərin hamısının öldüyünü təsdiqləyiblər.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti