Bakı. Trend:
Polis Ağcabədidə əməliyyatlar keçirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə
verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin
əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz
dövriyyəsində şübhəli bilinən Mürsəl Nuruzadə saxlanılıb. Ondan 1
kiloqrama yaxın metamfetamin aşkarlanıb.
Son 1 ay ərzində Ağcabədidə keçirilən tədbirlərlə narkotiklərlə
əlaqəli daha 20 nəfər saxlanılıb.
Həmin şəxslərdən biri - Vasif Əlizadənin rayon ərazisində 620 metr uzunluğunda optik rabitə kabelini oğurlayaraq satdığı da müəyyən edilib. Oğurlanan kabellərin bir qismi maddi sübut kimi həmin şəxsdən götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.