...

Tehran birjası fəaliyyətini dayandırdı

Dünya xəbərləri Materials 20 May 2024 09:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Tehran Birjası İran prezidenti və onu müşayiət edən heyətin helikopter qəzasında ölümü ilə bağlı fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, İranın Birja Təşkilatı bildirib ki, bu gün (20 may) Tehranın qiymətli kağızlar, məhsul və enerji birjaları fəaliyyət göstərməyəcək.

Təşkilat növbəti günlərlə əlaqədar məlumat verəcəyini elan edib.

Qeyd edək ki, ötən gün (19 may) İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti