...

Yaponiya və Cənubi Koreya hərbi mübadilələri bərpa etmək niyyətindədir

Dünya xəbərləri Materials 20 May 2024 09:10 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya və Cənubi Koreya hökumətləri hərbçilər arasında dayandırılmış mübadilələri bərpa etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "Yomiuri" qəzeti məlumat yayıb.

Məlumata görə, tərəflər mayın 31-dən iyunun 2-dək Sinqapurda keçiriləcək Asiya Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkənin müdafiə nazirlərinin görüşünün təşkili barədə razılığa gəliblər.

Xatırladaq ki, 2018-ci ilin dekabrında Cənubi Koreya donanmasının gəmisinin Yapon patrul təyyarəsini radarla ələ keçirməsi hadisəsindən sonra iki ölkə arasında hərbi mübadilələr dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti