...

Bu ölkədə robot polislər işə başlayıb

Dünya xəbərləri Materials 19 İyun 2023 20:43 (UTC +04:00)
Bu ölkədə robot polislər işə başlayıb

Bakı. Trend:

Sinqapur Respublikasında robot polislər fəaliyyətə başlayıb.

Trend xarici KİV-ə istinadən bildirir ki, robotlar 5 illik sınaqdan sonra Sinqapur Polis Qüvvələrinə qoşulublar.

Hazırda robot polislər Sinqapur Hava Limanında fəaliyyət göstərirlər.

Sərnişinlər deyirlər ki, təxminən 2 metr hündürlüyü olan robotlara “diqqət etməmək çətindir” və onlar “Qara Güzgü" serialının reallaşdığı hissini oyadırlar.

Sinqapur polisi isə bildirib ki, robotlar aprel ayından terminalda yaxşı i ortaya qoyublar, ona görə də bu polislər yaxında mərhələli olaraq 5 milyondan çox əhalisi olan ölkənin hər yerinə yerləşdiriləcəklər.

Xatırladaq ki, Sinqapurda daha öncə də koronavirus zamanı hava limanında sosial məsafə qaydalarına nəzarət etmək üçün robot itlərdən istifadə edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti