Bakı. Trend:
Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev sakinləri sakit olmağa və ehiyac olmadan evlərini tərk etməməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə qubernator öz "Telegram" kanalında bildirib.
O qeyd edib ki, mövcud vəziyyət asayişin qorunması üçün səylərin maksimum səfərbər edilməsini tələb edir və hüquq-mühafizə orqanları rayon sakinlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirir.