Bakı. Trend:
Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev Rostov-na-Donu şəhərində bütün kütləvi tədbirlərin ləğv edildiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə qubernator öz "Telegram" kanalında yazıb.
"Rostov-na-Donuda həftəsonu planlaşdırılan bütün kütləvi tədbirlərin ləğvi barədə qərar qəbul edilib", - deyə V.Qolubev yazıb.