...

Eynşteynə məxsus bu kağızlar rekord qiymətə satıldı (FOTO)

Dünya xəbərləri Materials 15 İyul 2023 14:46 (UTC +04:00)
Eynşteynə məxsus bu kağızlar rekord qiymətə satıldı (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Albert Eynşteynə məxsus bu kağızlar rekord qiymətə satıldı.

Trend-in məlumatına görə, kağızlar 604 800 funta satılıb.

Dünyaca məşhur fizikin qeydlərinin olduğu səhifələrin 80.000 funta satılacağı təxmin edilirdi. Təxmini rəqəmdən 80 dəfə çox alıcı tapan sənəd Christie's hərrac evi tərəfindən hərraca çıxarılıb.

Məşhur fizik Albert Eynşteyn hesablamalarını (1936-cı ildə) 3 səhifəyə yazıb. Eynşteynin bu bahalı sənədlərində qravitasiya obyektivinin diaqramını və 30-dan çox mürəkkəb hesablamaları qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti