...

Türkiyə rus turistlər üçün ən bahalı beş ölkə siyahısına daxil olub

Dünya xəbərləri Materials 2 Avqust 2023 16:21 (UTC +04:00)
Türkiyə rus turistlər üçün ən bahalı beş ölkə siyahısına daxil olub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yayında Türkiyə ilk dəfə olaraq rus turistlər üçün ən bahalı beş ölkə siyahısına daxil olub.

Trend xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze mətbuat konfransında deyib.

"Türkiyə ilk dəfə olaraq ən bahalı beş istiqamət siyahısına daxil olub. Bütün turizm tarixi boyu belə hal olmayıb, bu istiqamət həmişə ən kütləvi və əlçatan olub", - deyə o bildirib.

Lomidzenin sözlərinə görə, bu yay ən bahalı istiqamət Maldiv adaları olub. İkinci yerdə Kuba, üçüncü yerdə Şri-Lanka, dördüncü yerdə isə Türkiyə gəlib.

O bildirib ki, bu yay səyahət üçün ən ucuz istiqamət Rusiya olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti