...

Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayışda ölənlərin sayı 35-ə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 15 Avqust 2023 12:54 (UTC +04:00)
Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayışda ölənlərin sayı 35-ə çatıb (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Trend xəbər verir ki, hadisə nəticəsində 80 nəfərin xəsarət aldığı bildirilib.

“Hazırda 63 nəfər, o cümlədən 16 uşaq stasionar müalicədədir. Xəsarət alanlardan 2-si uşaq olmaqla 11 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Daha 17 nəfərə ambulator tibbi yardım göstərilib”, - deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

xxx

04:18

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda ölənlərin sayı artıb.

Trend xəbər verir ki, hadisə nəticəsində 25 nəfər həlak olub, 60-dan çox insan yaralanıb.

XXX

00:41

Rusiyanın Dağıstan Respublikasının paytaxtındakı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partayış baş verib.

Trend xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Partlayış yerinə fövqəladə hallara müdaxilə xidmətləri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti