...

30 mindən çox FETÖ üzvü axtarışa verilib - Türkiyəli nazir

Dünya xəbərləri Materials 16 Avqust 2023 13:20 (UTC +04:00)
30 mindən çox FETÖ üzvü axtarışa verilib - Türkiyəli nazir

Bakı. Trend:

Türkiyə 30 min 681 FETÖ üzvünü axtarışa verib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “A-Haber”ə müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, bu şəxslərin əksəriyyəti xaricə qaçanlardır. İndiyədək bu tələblə bağlı Rumıniya 2 və Əlcəzair 1 şəxsi Türkiyəyə ekstradisiya edib, 374 ekstradisiya tələbi isə rədd edilib:

“İsveçdən terror cinayətləri ilə bağlı 28 ekstradisiya tələbimiz olub, 22-si rədd edilib. Onlardan 9-u PKK-lı, 8-i FETÖ-çü, 5-də digər terror təşkilatları üzvüdür. 3 tələbimizə ölüm və digər səbəblərdən xitam verilib, 3 tələb üzrə isə işlər davam edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti