...

Mahaçqalada partlayışda təqsirləndirilən şəxs həbs edildi

Dünya xəbərləri Materials 17 Avqust 2023 19:14 (UTC +04:00)
Mahaçqalada partlayışda təqsirləndirilən şəxs həbs edildi

Bakı. Trend:

Rusiya paytaxtı Moskvanın Basman Rayon Məhkəməsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində onlarla insanın ölümü ilə nəticələnən yanğınla bağlı təqsirləndirilən Eldar Nəsrulayevi iki ay müddətinə həbs edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, onun barəsində oktyabrın 14-dək həbs qətimkan tədbiri seçilib.

Məhkəmə iclası təqsirləndirilən şəxslərin və yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədilə qapalı keçirilib.

Xatırladaq ki, avqustun 15-də Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində aralarında uşaqlar da olmaqla, 35 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti