...

Türkiyədə kütləvi dava - 41 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 18 Avqust 2023 09:12 (UTC +04:00)
Türkiyədə kütləvi dava - 41 nəfər xəsarət alıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Batman şəhərinin Beşiri rayonunda baş verən kütləvi dava zamanı onlarla insan xəsarət alıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, gənclər arasında kafedə başlayan mübahisə iki ailənin kütləvi davasına çevrilib.

Tərəflərin bir-birinə daş, dəyənək və bıçaqla hücum etməsi nəticəsində 41 nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları və təcili yardım qrupları göndərilib.

Polisin müdaxiləsi ilə dayanan davadan sonra yaralılar təcili yardım maşınları tərəfindən xəstəxanalara çatdırılıblar.

Polis araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti