...

Çin Yerin məsafədən zondlama peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 21 Avqust 2023 05:43 (UTC +04:00)
Çin Yerin məsafədən zondlama peykini orbitə çıxarıb

Bakı. Trend:

Çinin "Çançjen" raket daşıyıcısı "Qaofen 12-04" adlı Yerin məsafədən zondlama peykini uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) bildirib.

Məlumata əsasən, raket avqustun 21-də Pekin vaxtı ilə saat 01:45-də buraxılıb.

Orbitə buraxılan aparat Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb. Onun vəzifələri sırasına kənd təsərrüfatı monitorinqinin aparılması, şəhər məkanlarının və yol nəqliyyat sistemlərinin planlaşdırılması üçün məlumatların toplanması, əkin sahələrinin məhsuldarlığının qiymətləndirilməsi və fəlakətlərin qarşısının alınması daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti