...

Somali ordusu 16 ildir terroçuların nəzarətində olan şəhəri azad edib

Dünya xəbərləri Materials 26 Avqust 2023 04:45 (UTC +04:00)
Somali ordusu 16 ildir terroçuların nəzarətində olan şəhəri azad edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Somali ordusu 16 il ərzində ölkənin mərkəzi hissəsində silahlıların əsas dayaq nöqtəsi kimi xidmət edən Əl-Buur şəhərini “Əş-Şəbab” terror qruplaşmasından azad edib.

Trend xəbər verir ki, əməliyyatda müttəfiq hərbi birləşmələr də iştirak edib: qüvvələrin belə nadir koordinasiyası 2010-cu illərin ortalarından bəri terrorçulara qarşı mübarizədə ən mühüm uğurlar əldə etməyə imkan verib.

Avqustun əvvəlində Somali prezidenti Həsən Şeyx Mahmud "Əş-Şəbab"ı beş ay ərzində məğlub edəcəyinə söz vermişdi. Hökumət qüvvələrinin əməliyyatı zamanı terrorçular ölkənin mərkəzi hissəsində geniş ərazilərdən çıxarılıb, lakin qruplaşma irimiqyaslı hücumlar etməkdə davam edir.

Somali hakimiyyəti həm də hücumun ikinci mərhələsini - "Əş-Şəbab"ın əsas bazası sayılan Somalinin cənubunda həyata keçirəcəyini vəd edib. Hakimiyyət bu əməliyyatın başlama vaxtını açıqlamayıb.

Qoşunlar ötən ilin avqustunda terrorçuların mövqelərinə hücuma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti