...

Rəcəb Tayyib Ərdoğan Soçiyə səfər edəcək

Dünya xəbərləri Materials 28 Avqust 2023 22:23 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan Soçiyə səfər edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl böhranı ilə bağlı Rusiyanın Soçi şəhərinə səfər edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə AK partiya sözçüsü Ömer Çelik bildirib.

“Bu mövzuda yeni inkişafların olacağını və yeni addımların atıla biləcəyini qiymətləndiririk" – deyə Çelik qeyd edib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti